9 C
Baku
Thursday, December 12, 2024

Banklar FİFA qalmaqalında iştirak etdiklərinə görə 30 milyon dollardan çox pul ödəyəcəklər

İsrail bankı və onun İsveçrədəki filialı FİFA-da korrupsiya qalmaqalında iştirak etmədiyini sübut etmək və cinayət məsuliyyətinə cəlb edilməmək üçün 30 milyon dollardan çox pul ödəməyə razılaşıblar.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Xatırladaq ki, bu banklar vasitəsi ilə futbol rəsmiləri qanunsuz olaraq 20 milyon dollardan çox pul əldə ediblər. Ödənişlər 2010-2015-ci illərdə bankın Mayamidəki şöbəsi vasitəsi ilə həyata keçirilib.

Bununla da, banklar ümumilikdə 30 milyon dollardan çox pul itirmiş olacaqlar (20,73 milyon dollar izləmədən imtina razılaşması çərçivəsində ödəniləcək, 9,33 milyon dollar isə cərimə haqqı).

“Təxminən beş il ərzində (İsrail) bankın işçiləri çirkli pulların yuyulması işlərində ABŞ-ın maliyyə sistemindən istifadə ediblər, – Baş prokurorun köməkçisi Brayan Bençkovski bildirir.

2015-ci ildə FİFA-da korrupsiya ilə bağlı bir neçə qalmaqal olmuşdur. Prokurorlar FİFA-da son iki onillikdə dünya çempionatları, marketinq və yayım sövdələşmələri məsələlərində korrupsiyanın yayıldığını iddia edirlər.

Son xəbərlər
Digər xəbərlər