Bakıda ekspres taksi xidməti təşkil edilə bilər

“Bakı Metropoliteni” QSC-nin fəaliyyəti bərpa olunduqdan sonra paytaxtdakı ekspres marşrut xətləri üzrə hərəkət edən avtobusların işləyib-işləməməsi məsələsinə baxılacaq.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

“Ekspres avtobuslar günün pik saatlarında fəaliyyət göstərə bilər”, – o qeyd edib.

Bundan başqa, V.Kərimli deyib ki, Bakıda ekspres taksi xidmətinin də təşkil edilməsi istisna deyil.

BNA-nın rəhbəri həmçinin bildirib ki, karantin rejiminin yumşaldılması ilə bağlı paytaxtda sərnişin axını güclənsə də, insanların daşınmasında problem olmayacaq: “Artan tələbatı ödəməyə hazırıq. Hazırda təkcə ekspress marşrut xətləri üzrə 105 avtobus fəaliyyət göstərir, 15 avtobus isə ehtiyat üçün şəhərdə boş dayanır”

MənbəReport.az
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər