Masallı rayonunda aqrar sektorun gəlirli sahələrindən olan meyvəçiliyi inkişaf etdirmək üçün geniş perspektivlər var.
Rayonda meyvəçiliyin inkişafı məqsədilə yeni bağlar salınır. Lürən kəndində yerli şəraitə uyğun 2 hektar sahədə naringi, 1 hektar sahədə göycə alçası, Ərkivan qəsəbəsində isə 2 hektarda feyxoa bağı salınıb. Rayonun Şərəfə kəndində 250 ədəd, Viləş kəndində isə 100-ə yaxın müxtəlif meyvə tingləri əkilib. Əkilən ağaclara düzgün aqrotexniki qaydada qulluq göstərilir.
Qeyd edək ki, Masallı rayonunda baramaçılığın inkişafı ilə əlaqədar əksər yaşayış məntəqələrində sakinlər tut bağlarının salınmasına üstünlük verirlər.