15.9 C
Baku
Friday, May 16, 2025

Azərbaycanın bu il avtomobil yanacağının satışından əldə etdiyi gəlir azalıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satdığı avtomobil yanacağından əldə etdiyi gəlirin məbləği məlum olub.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir.

Hesabat dövründə ölkənin pərakəndə ticarət şəbəkəsində satılan avtomobil yanacağından 481,9 mln. manat gəlir əldə olunub. 2019-cu ilin 3 ayında isə avtomobil yanacağından 493,2 mln. manat gəlir əldə edilmişdir ki, bu da illik müqayisədə 2,3% azdır.

Onu da qeyd edək ki, cari ilin yanvar-fevral ayında isə pərakəndə ticarət şəbəkəsində satılan avtomobil yanacağından 311,6 mln. manat gəlir əldə olunmuşdur.

Son xəbərlər
Digər xəbərlər