“Dənizkənarı Bulvar İdarəsi” Publik hüquqi şəxsi “Azon Plus” MMC ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə açıq məkan üçün 3 ədəd bir tərəfli LED reklam daşıyıcılarının satın alınması nəzərdə tutulub.
Monitorların alışı Bakı bulvarına 193 min 355 min manata başa gələcək.
Qeyd edək ki, 2019-cu ilin əvvəlində “Dənizkənarı Bulvar İdarəsi” eyni şirkətdən 2 ədəd monitorun alınmasına 291 493 manat ödəyib.
Bildirək ki, “Azon Plus” MMC 2016-cı ildə dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 10 manatdır.