10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan meyvəçilik və balıqçılıq sahəsi üzrə ABŞ-la layihələr hazırlayır

“ABŞ-Azərbaycan Ticarət Palatası (AmCham) Azərbaycanın aqrar sektorunun ABŞ-ın qabaqcıl kənd təsərrüfatı ştatları ilə birbaşa ticarət və biznes əlaqələrinin yaradılması və genişləndirilməsinə çalışır”.

Banker.az xəbər verir ki, bunu “Report”agentliyinə müsahibəsində palatanın icraçı direktoru Natiq Baxışov deyib.

Onun sözlərinə görə, bu məqsədlə 2019-cu ildə keçirilmiş İllinoys-Azərbaycan Kənd Təsərrüfatı Forumu və Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı forumları çərçivəsində Azərbaycandan qeyd olunan ştatlara səfər edilib, ticarət missiyası müxtəlif biznes dairələri ilə görüşlər keçirib, müxtəlif istehsal sahələrinə səfərlər ediblər.

“Eyni zamanda bu il ölkəmizlə meyvəçilik sahəsində Vaşinqton və balıqçılıq təsərrüfatı sahəsində isə Meyn ştatları ilə əməkdaşlıqların qurulmasını nəzərdə tutmuşduq. Hər iki layihə qlobal pandemiya səbəbindən qeyri-müəyyən dövrə təxirə salınıb. Əlverişli imkan yaranan kimi layihələrin icrasına başlayacayıq.

Bununla yanaşı, ABŞ şirkətlərindən ibarət və ABŞ-ın Ticarət Nazirliyi tərəfindən sertifikatlaşdırılmış növbəti ticarət missiyasının Azərbaycana və Gürcüstana səfərlərini nəzərdə tutmuşduq ki, qlobal pandemiya səbəbi ilə qeyd olunan layihənin icrası da qeyri-müəyyən vaxtadək təxirə salınıb”, – deyə Natiq Baxışov bildirib.

Son xəbərlər
Digər xəbərlər