“Pixel” smartfonlarının iki aparıcı tərtibatçısı “Google” şirkətini tərk ediblər. Banker.az xəbər verir ki. bunlar Mark Levoy və Mario Keyrosdur.
“Google” un baş direktoru Sundar Piçaiyə birbaşa tabe olan Keyros, 2020-ci ilin yanvarında “Pixel” in baş meneceri vəzifəsindədn istefa vermişdir. O, “Palo Alto Networks” şəbəkəsinə qoşuldu.
Mark Levoy “Pixel” in texniki mütəxəssislərindən biri olmuşdur. O, Stenford universitetinin professorudur. 2011-ci ildə həm də “Google X” də işləyib, 2014-cü ildə isə şirkətin ştatına daxil olub. Mark Levoyun komandası “portret” və HDR rejimlərində smartfonların çəkmə funksiyası üzərində işləyirdi.
“The Information” nəşrinin mənbələrə istinadən bildirdiyi kimi, yeni “Pixel 4” smartfonun keyfiyyəti “Google” şirkətinin aparat rəhbəri Rik Osterlohanı qane etməyib. 2019-cu ilin oktyabrında texniki mütəxəssislər qrupu ilə görüşdə, o bununla bağlı öz iradlarını bildirdi.
Bundan əlavə, şirkət “Pixel 4” smartfon modelinin satışlarından da razı qalmamışdır.