2026-cı ilin iyul ayının 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin ümumi sayı 1 milyon 787,4 min nəfər təşkil edib. Bu, iyun ayının 1-i ilə müqayisədə ümumi işçi sayının 3,2 min nəfər və ya 0,18% azalması deməkdir.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
İyulun 1-nə dövlət sektorunda çalışanların sayı 844,6 min nəfər olub. İyunun 1-də bu göstərici 859,9 min nəfər təşkil edirdi. Beləliklə, bir ay ərzində dövlət sektorunda muzdla çalışanların sayı 15,3 min nəfər (1,78%) azalıb.
Özəl sektorda isə əksinə, məşğulluqda artım müşahidə olunub. İyun ayında 930,7 min nəfər olan özəl sektor işçilərinin sayı iyulun 1-nə 942,8 min nəfərə çatıb. Bu da özəl bölmədə işçi sayının 12,1 min nəfər (1,3%) artdığını göstərir.







