Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2020-ci ilin yanvar-aprel aylarında 13 milyard manat olub.
Dövlət Statistika Komitəsi bugünkü açıqlamasında deyir ki, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çox sənaye məhsulu istehsal edilib.
Lakin, DSK tərəfindən açıqlamada ötən ilin ilk 4 ayı ərzində isə sənaye istehsalının həcmi 15,4 milyard manat göstərilir. Yəni bu il bu hesblama ilə 15,6% kiçilibş
DSK bildirib ki, sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 16,8 faiz artmışdır.
Sənaye məhsulunun 63,1 faizi mədənçıxarma sektorunda, 30,5 faizi emal sektorunda, 5,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 0,2 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 17,1 faiz artıb.
Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 4,7 dəfə, kompüter, elektron və optik məhsulların istehsalı 2,6 dəfə, metallurgiya sənayesi məhsullarının istehsalı 2,3 dəfə, əczaçılıq məhsullarının istehsalı 60,7 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 48,6 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 35,1 faiz, kimya sənayesi məhsullarının istehsalı 24,9 faiz, elektrik avadanlıqlarının istehsalı 20,6 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 20,0 faiz, kağız və karton istehsalı 19,3 faiz, tütün məmulatlarının istehsalı 18,9 faiz, içkilərin istehsalı 8,3 faiz, qida məhsullarının istehsalı 8,1 faiz, neft məhsullarının istehsalı 5,1 faiz, hazır metal məmulatlarının istehsalı 4,4 faiz, geyim istehsalı 3,6 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 1,2 faiz artmış, mebel istehsalı 0,9 faiz, poliqrafiya məhsullarının istehsalı 2,3 faiz, tikinti materiallarının istehsalı 4,5 faiz, maşın və avadanlıqların istehsalı 23,8 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 36,3 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 54,1 faiz azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 14,0 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 2,5 faiz artıb.