8 C
Baku
Friday, December 13, 2024

Lizinq şirkətinin səhmdarları yığıncaq çağırır

“Prior Leasing” ASC ilin ilk yarısının sonu, yəni, 30 iyun 2020-ci il tarixdə səhmdarları yığıncaq keçirəcək.

Bu barədə Banker.az Lizinq şirkətinin İdarə Heyətinin yaydığı məlumata istinad edir.

Səhmdarlarının toplaşmasında əsas məqsəd geridə qalan 2019-cu ilin maliyyə nəticələrini müzakirə etmək və digər məsələləri həll etməkdir.

Şirkətə yaxın may ayında yeni “Prior BOKT” QSC dövlət qeydiyyatına alınıb, lakin, Mərkəzi Bank tərəfindən hələki lisenziya təqdim edilməyib.

“Prior Leasing” şirkəti  — 2014-cü ildə Azərbaycan vətəndaşları olan fərdi sahibkarlar tərəfindən təsis edilib. 10 min manatlıq səhm kapitalına İlkin İsgəndərov adlı fiziki şəxs sahibdir. Şirkətin 2018-ci il üzrə maliyyə hesabatı qənaətbaxş hesab edilmirdi. Belə ki, 2018-ci il ərzində öhdəlikləri aktivlərini üstələyib, kapitalı sıfırın mənfiyə düşüb.

Son xəbərlər
Digər xəbərlər