Azərbaycanın ən böyük qida şirkəti “Azersun Holding” MMC-yə yeni Baş mühasib təyin edilib.
Banker.az-ın xəbərinə görə, bu vəzifəyə UNEC-də müəllim işləyən Namiq Əlizadə təyin edilib.
“Qarşıda böyük məsuliyyət tələb edən işlər və öhdəliklər dayanır. Yüksək nəticələr hər zaman ciddi zəhmət və əmək tələb edir”- deyə, Namiq Əlizadənin vəzifəyə təyinatı ilə bağlı açıqlamasında deyilir.
N.Əlizadə həmçinin Odlar Yurdu Univeristetində bir ara Baş icraçı direktor, ANS Şirkətlər qrupunda direktor müavini, KİA Motors Azərbaycan-da Marketinq direktoru, AMEA-da baş mühasib kimi vəzifələrdə çalışıb.
O, iqtisadiyyat üzrə fəlsəfə elmləri doktoru elmi dərəcəsi ilə yanaşı mühasibat üzrə kouçinq xidmətlərini də həyata keçirir.