5 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda ən gəlirli kənd təsərrüfatı sahələri – 2019 və 2020-ci illərin gəlir təhlili

Uzun illərdir ki, Azərbaycanın enerji daşıyıcılarından başqa ən gəlirli sahələrindən biri də kənd təsərrüfatıdır. Bu bir tərəfdən ölkənin torpaq ehtiyatının əkinə yararlı olması, digər tərəfdən isə innovasiya və hazırda aktual olan İT sferası üzrə ixrac potensialının zəif olmasından irəli gəlir. Kənd təsərrüfatı hər zaman ən riskli və daima dövlət tərəfindən dotasiya olunan sahələrdən biri hesab edilib. Lakin bununla belə, Azərbaycanda istehsal edilən bəzi məhsullardan nəinki daxili bazarda satılmaqla, hətta xarici bazarlara çıxarılmaqla böyük gəlir əldə etmək mümkündür.

Banker.az-ın təqdim etdiyi bu günkü qısa mövzununda mahiyyəti məhz bunun üzərində formalaşdırılacaqdır.

Daxili bazarlarla bağlı statistik rəqəmlərin olmadığından (müəyyən mənada onları xarici bazarla proporsional hesab etmək olar), bizim təhlilimiz əsasən ölkəyə gətirilən , həmçinin ölkədən xaricə satılmaq üçün aparılan məhsulların statistikasını əhatə edəcəkdir. Təhlil 2019-cu il bütünlükdə və həmçinin 2020-ci ilin Yanvar- Aprel aylarını əhatə edib.

İlkin olaraq, ölkədən 2019 və 2020-ci ilin aprel aylarında satışını həyata keçirtmək üçün aparılmış məhsulların siyahısına baxaq.

                                  İxrac (export): 2019-2020(aprel)
Malın adı

 Miqdar

 Dəyəri

 Vahidinin orta qiyməti

Pomidor, ton

 233,534

 262,633,340

$1,164

Pambıq lifi, ton

 122,135

 168,998,700

$1,385

Meşə fındığı, ton

 29,692

 168,945,420

$5,846

Xurma, ton

 164,023

 118,795,770

$752

Pambıq iplik, ton

 16,639

 38,896,150

$2,317

Alma, ton

 116,625

 48,441,090

$419

Bitki və heyvan mənşəli piylər və yağlar,
ton

 26,381

 26,565,200

$1,000

Şəkər, ton

 73,030

 31,383,650

$422

Çay, ton

 1,999

 12,794,020

$6,485

Cədvəldən göründüyü kimi birinci yerdə pomidor durur. Bu məhsul illərdir ki, Azərbaycanın kənd təsərrüfatında xaricə satılan məhsulların siyahısında flagman sayılır. Düzdür, onun satışı ilə bağlı olaraq 2020-ci ilin mart ayında problemlər yaşandı – xarici ölkələrdə digər məhsullara olduğu kimi bu məhsulada tələbat azaldı. Əsas təsir karantinlə bağlı olaraq restoranların işləməməsi oldu. Bu məhsulun tədarükçüləri elə bu  səbəbdən daxili bazarda da tələbatın azalmasına görə məhsullarını çox ucuz qiymətə satmağa məcbur oldular.

Xaricə satış məqsədi ilə aparılan məhsulların siyahısında ikinci yerdə pambıq lifi, sonrakı yerlərdə fındıq, xurma və alma çox əhəmiyyətli yerləri tuturlar və öz növbələrində ölkəyə bu məhsullar kifayət qədər dollar gətirə bilirlər.

Bizim bu cədvəllə bərabər baxacağımız digər bir cədvəldə vardır ki, bu da ölkəyə idxal olunan malların siyahısıdır. Bu cədvəl ölkə ərazisində əhalinin və sənayenin daha çox hansı məhsullara tələbatının olmasını və bu tələbin gələcəkdə yerli sahibkarlar tərəfindən qarşılanması haqqında müəyyən mesajın daşıyıcısı olmasını söyləyə bilərik.

                                 İdxal (import): 2019-2020(aprel)
Malın adı

 Miqdar

 Dəyəri

 Vahidinin orta qiyməti

Buğda, ton

1,864,761

401,374,340

$216

Meyvə-tərəvəz, ton

511,374

283,372,910

$550

Bitki və heyvan mənşəli piylər və yağlar, ton

226,574

195,417,950

$881

Gübrələr, ton

452,506

146,148,480

$307

Tütün və tütün məmulatları, min ABŞ dolları

144,843,040

Əczaçılıq məhsulları, ton

7,733

123,709,620

$15,998

Ət, ton

67,854

108,787,440

$1,670

Kərə yağı və süddən hazırlanmış digər yağlar, ton

19,386

98,337,290

$5,050

Çay, ton

18,659

72,324,070

$3,845

Düyü, ton

69,947

52,913,790

$731

Süd, ton

12,262

20,072,480

$1,676

Bu cədvəldən aydın görünür ki, ölkənin buğdaya, ekzotik meyvələrə, yağlara, gübrələrə , tütünə, ət , çay və düyüyə olan tələbatı tam ödənilmir və bu sahədə yerli biznes qurmağın faydası ola bilər. Siyahıdan göründüyü kimi, dəyərinə görə şkalada ölkəyə ən çox gətirilən buğda məhsuludur.

Yeri gəlmişkən, bu cədvəllə bağlı bir qeyd də etmək lazımdır ki, əczaçılıq məhsullarının rəqəm baxımdan bu qədər çox olması sırf 2020-ci ilin yanvar-aprel ayında koronavirusla əlaqədar dərman məhsullarına olan tələbatın sıçrayışlı artımına görə bu qədər çox olmuşdur. Digər illərin təhlilində belə bir artım müşahidə olunmur.

Son xəbərlər
Digər xəbərlər