30 iyun 2020-ci il tarixində “Zəyəm Texnologiyalar Parkı” Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
Banker.az şirkətin elanına istinadən xəbər verir ki, ümumi yığıncağın gündəliyinə “ASC-nin müşahidə şurasının yeni tərkibinin təsdiq edilməsi”, “ASC-nin 2019-cu il üçün maliyyə hesabatı” və “Digər cari məsələlər” daxildir.
Yığıncaq Şəmkir rayonu, Zəyəm qəsəbəsi, S. Vurğun küçəsi 24 nömrəli ünvanda keçiriləcək.
Zəyəm Texnologiyalar Parkı müxtəlif növ metal konstruksiyalar o cümlədən fermalar, piyada keçidləri,metal körpü estakadalar,silolar, kalonlar və dayaqlar, bina fasadları üçün çərçivələr, müxtəlif növ beton qəliblər, üç və dörd gövdəli kotanlar,bina ,tunel,yol tikintisində istifadə olunan texnikalar üçün (kranlar,ekskavatorlar,qreyderlər,buldozerlər) ehtiyat hissələri(vallar,oxlar,dişli çarxlar,muftalar,oymaqlar ) və s. istehsal edir.