Himayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?

İşləyən xanımın himayəsində yalnız bir övladı var və 20 yaşında tələbədir. Bu halda, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsasən, ona 50 manat məbləğində güzəşt şamil edilirmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsasən, qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.

Əlavə olaraq bildirilib ki, təqaüd, pensiya və işsizlikdən sığorta ödənişi alan şəxslər (uşaqlardan başqa), qanuna əsasən tam dövlət təminatında olan şəxslər himayədə olanlara aid edilmirlər.

Sorğuya cavab olaraq məlumat verilib ki, himayədə olanların sayı bir nəfər olduqda bu maddə ilə nəzərdə tutulmuş güzəşt hüququ yaranmır.

Əsas: Vergi Məcəlləsinin 102.5-ci maddəsi

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər