10 C
Baku
Thursday, December 12, 2024

“Yelo Bank”qarşısında inamı artıb: Kreditin faizini azaldıb, məbləğini artırıb

“International BOKT” Qapalı Səhmdar Cəmiyyəti 2019-ci ildə  bor öhdəliklərinin həcmini 5 milyon 645,07 min manata çatdırıb.

Banker.az-ın BOKT-un audit hesabatına istinadən xəbər verir ki, “International BOKT”  ötən il ərzində  “Yelo Bank” ASC-dən hər biri 1 milyon olmaqla iki və 1 milyon 175 min manatlıq ümumi 3 milyon 997,5 min manatlıq kredit alıb. BOKT “Yelo Bank”dan 1 milyonluq iki kredit üzrə 16% və sonuncuya isə 6%-lik illik ödəniş faizi ilə kredit alıb.

Kredit borcu olan digəri “PAŞA Bank” ASC-dir. Bu bank qarşısında 1 milyon 15,05 min manatlıq kredit borcu var.

“International BOKT”, “Rabitəbank” ASC-dən  aldığı kredit isə az qala istehlak kreditləri faizi üzrə illik faiz dərəcəsi ilə cəlb olunub. Bankdan ötən ilin 23 fevralında aldığı kreditin həcmi 76,12 min manat olmaqla ödəniş faizi 18% təşkil edib.

Digər 300 min manatı “Para BOKT” ASC, 232,55 min manatı Kənd Təsərrüfatı kreditləri üzrə Dövlət Agentliyinə olan borclarıdır.

Son xəbərlər
Digər xəbərlər