Bu ilin yanvar-aprel ayı ərzində Azərbaycana 144.51 min ABŞ dolları dəyərində təbii və süni xəz və ondan hazırlanan məmulatlar idxal olunub.
Banker.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə eyni adlı məhsul idxalı 2 dəfədən çox azalıb.
Bildirək ki, Azərbaycanın bu məhsul üzrə ixrac əməliyyatı mövcud deyil.
Həmçinin hesabata əsasən, bu ilin ilk 4 ayı ərzində 25,51 min dollar dəyərində ipək idxal olunub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə ipək idxalının 2 dəfədən çox azalması deməkdir.
Ötən ilin eyni dövründə 488.30 min dollarlıq ipək ixrac edən Azərbaycan bu il ərzində bu məhsul üzrə 28.47 min dollarlıq ixrac əməliyyatı həyata keçirib.