“Mastercard” ödəniş sisteminin Avropadakı ofisinin prezidenti vəzifəsinə Mark Barnett təyin edilib.
Banker.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat verib.
Barnett özündə 53 ölkəni və 950 milyondan çox istifadəçini birləşdirən regionun strategiyası və inkişafı üzrə məsuliyyət daşıyacaq. Yeni vəzifədə Mark Barnett “Mastercard”ın beynəlxalq bazarlar üzrə prezidenti Jilberto Kaldartuya tabe olacaq və 2020-ci il iyunun 1-dən etibarən şirkətin idarəetmə komitəsinin üzvü olacaq.
Xatırladaq ki, daha əvvəl Mark Barnett “Mastercard”ın Böyük Britaniya, Şimali İrlandiya və Pribaltikada rəhbəri olmuşdur. O, şirkətə 2003-cü ildə qoşulub və müxtəlif vəzifələrdə çalışıb.
Mark Barnettin yerini “Mastercard”ın Avropa regionu üzrə indiki prezidenti Havyer Peres tutacaq. Peres “Mastercard”a 1996-cı ildə gəlmişdir və 15 ildən çox iş təcrübəsinə malikdir.