2020-ci ilin yanvar-aprel aylarında Azərbaycanda sementin istehsalı 8,7% azalıb.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Cari ilin 4 ayında 911,4 min ton sement istehsal edilib, bu əvvəlki ilin müvafiq ayına nisbətən 8,7% azdır.
Onu da qeyd edək ki, tikinti əhənginin istehsalı 24,6%, asfaltın istehsalı 41,3%, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 44,8%, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı isə 69,3% azalıb.