Azərbaycanın 4 ayda əczaçılıq məhsullarının satışından əldə etdiyi gəlir açıqlandı – Daha da artıb

Azərbaycan 2020-ci ilin yanvar-aprel aylarında əczaçılıq məhsulları və tibbi ləvazimatların satışından 202,4 miyon manat gəlir əldə edib. Ötən ilin müvafiq dövründə bu məhsulların satışından gəlir 142,3 milyon manat təşkil edib. Belə ki, cari ildə Azərbaycanın tibbi məhsulların satışından gəliri 42,2% və yaxud 1,4 dəfə artıb.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 53,6% ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 14% toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4% avtomobil benzini və dizel yanacağının, 5% elektrik malları və mebellərin, 1,8% əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,7% kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 19,4% isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər