“Layihədə nəzərdə tutulan 50 manat uyğun cərimə məbləği deyil”.
Bunu Milli Məclisin Əmək və soail siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər layihəsinin müzakirəsi zamanı deyib
O bildirib ki, cərimə məbləği 20-25 manata endirilməlidir: “Qanunu pozanlar çox vaxt elə pulu olmayan insanlar olur. Digər tərəfdən, kurslarla bağlı məsələyə də baxılmalıdır. Ara məsafəsi gözlənilməklə, maskadan istifadə etməklə kurslar öz fəaliyyətini davam etdirməlidir”.