Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilir.
İclasda “2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə edilir.
İclasda Maliyyə naziri Samir Şərifov, nazir müavini Azər Bayramov, nazirliyin şöbə müdirləri və deputatlar iştirak edir.
Komitə sədri Tahir Mirkişili iclası açaraq bildirib ki, 2019-cu il Azərbaycanda ən sürətli, əhatəli islahatlar ili kimi yadda qaldı:
“2018-ci il seçkilərində yenidən xalq tərəfindən Prezident seçilmiş İlham Əliyev andiçmə mərasimindəki proqram xarakterli çıxışında böyük islahatlara start verəcəyini bildirmişdi. Əvvəlki illərdə də ölkəmizdə bir çox islahatlar həyata keçirilib.
Lakin indiyədək heç bir ildə 2019-cu ildə olduğu kimi eyni vaxtda bir neçə istiqamətdə, kompleks halda və genişmiqyaslı addımlar atılmamışdı.
Aparılan iqtisadi islahatlar sürətli və inkluziv iqtisadi inkişafla nəticələnmişdir. Belə ki, qeyri-neft sənyaesinin istehsalının 14%, kənd təsərrüfatı istehsalının 7.3%, əhalinin real gəlirlərinin 4.7%, orta aylıq əmək haqqlarının 14% artması islahatların nəticələrinin qısa müddət ərzində iqtisadi subyektlər və əhali tərəfindən hiss edilməsinə səbəb olmuşdur”.
Şəffaflıq səviyyəsini artırılması və kölgə iqtisadiyyati ilə aparılan mübarizə öz effektiv təsirini göstərmiş, büdcə gəlirlərinin proqnozdan artıq icra olunmasına şərait yaratmışdır.
2019-cu ildə iqtisadiyyatı idarəetmə mexanizmində köklü struktur və kadr dəyişiklikləri aparlışmış və cevik və əhatəli idarəetmə üçün təşkilatı zəmin yaradılmışdır”.
Komitə sərdi deyib ki, bütün bu müsbət nəticələr dövlət başçısı tərəfindən mühüm sosial islahatların həyata keçirilməsinə də imkan yaradıb:
“Belə ki, 2019-cu ildə ilk dəfə olaraq minimum əmək haqqı 2 dəfə artırılaraq yaşayış minimumunu keçmiş, minimum pensiya təminatı 200 manata çatdırılmış, müavinət və əmək haqqılar isə artırılmışdır. Bu mühüm sosial paket 4.2 milyon insanı əhatə etməklə 2.3 mlrd vəsait hesabına yerinə yetirilmişdir. Təqdirəlayiq haldır ki, bu həcmdə işlər büdcənin ehtiyatlı və imkanları hesabına yerinə yetirilmiş və inflyasiyanın proqnozlaşdırıldığından belə aşağı olmasına səbəb olmuşdur.
2019-cu ildə problemli kreditlərin həlli üçün həm əhaliyə, həm də banklara dövlər tərəfindən mühüm dəstək göstərilmiş və problemin həlli üçün müvafiq vəsait ayrılmışdır. Bütün bunlarla yanaşı bank sektorunda sağlamlaşma prossesi bu gün də davam edir. İnanırıq ki, görülın tədbirlər bank sektorunun fəaliyyəti iqtisadi islahatların hədəfləri ilə uzlaşacaqdır.
Bax belə bir iqtisadi şəraitdə 2019-cu ilin dövlət büdcəsi icra olunub. Əlverişli iqtisadi zəmin büdcənin uğurla iclasına şərait yaratsa da, büdcənin də icrası iqtisadi artıma dəstək vermişdir”.
Sonda T.Mirkişili 2019-cu il büdcəsinin yeni büdcə qaydalarına uyğun hazırlanmış ilk büdcə olduğunu vurğulayıb.