21 C
Baku
Friday, October 4, 2024

Tarixin ən “artistik”  bank oğurluğu

Fransız Albert Spagiari tarixin ən gəlirli və bəlkə də bu sahədə ən artistik bank oğurluğunun sahibidir. Spagiari şəhər kanalizasiyasının Nitsada Societe Generale bankının xəzinəsinin divarları yanından keçdiyini öyrəndikdə onda bank qarəti barədə fikirlər yaranır. Albert iki dostu ilə iki ay ərzində tunel qazmaqla məşğul olur və 1976-cı ilin 16 iyulunda – Bastiliya qalasının ələ keçirilməsi münasibəti elan edilmiş uzun tətil gümlərindən birində onlar məqsədlərinə çatırlar.  Qarətçilər 400 bank hücrəsini açmış və buradan 60 milyon frank oğurlamışdılar. Onlar qarət etdikləri yerdə özlərinə ziyafət verməkdən də çəkinməmiş və şərab və paştetlə öz zəfərlərini qeyd etmişlər. Onlar bununla kifayətlənməmiş və divara bu yazını yazmışlar: “Silahsız, nifrətsiz, təcavüzsüz!”

Qarətçilərin kim olduğunu müəyyənləşdirmək üçün polisə 3 ay lazım oldu. Albert həbs edilsə də, şou tərzli qaçışa nail olur. Motosikletli dostu ilə razılaşan Albert məhkəmə prosesi zamanı məhkəmə zalının pəncərəsində aşağı tullanaraq motosikletə əyləşmiş və naməlum istiqamətdə yoxa çıxmışdır. Spagiari qalan ömrünü görünüşünü dəyişdirərək polisdən gizləndiyi Argentinada keçirmiş və 1989-cu ildə dünyasını dəyişmişdir.

Son xəbərlər
Digər xəbərlər