Azərbaycanın ən iri polad istehsalçısı olan “Baku Steel Company” MMC-nin dövlət büdcəsinə 601 510,18 manat borcu var.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən verilən məlumata görə, bu şirkətlə yanaşı onun törəməsi – “Baku Steel Construction” MMC-nin də 676 276,08 manat vergi borcu var.
Beləliklə, iki şirkətin ümumi borcu 1 277 786,26 manat təşkil edir.