21 C
Baku
Friday, October 4, 2024

Tarixdə qalmış tarix – II hissə

Amerika bankı ilk olaraq İtaliya bankı adlanırdı. Bu bank 1904-cü ildə İtaliyalı mühacirlərə xidmət göstərməsi üçün Amadeo Ciannini tərəfindən yaradılıb. 1920-ci ildə “Bank Amerika, Los-Angelos” bankı ilə birləşdikdən sonra bank Amerika bankı adlanmağa başlayır.

Bizim eranın 74-cü ilində roma imperatoru Vespasian vətəndaş müharibəsi gedişində dövlət xəzinəsindəki bütün pulları xərcləyir. O itirdiyi vəsaitləri geri qaytarmaq məqsədi ilə ictimai ayaq yolularını ödənişli edir. İmperatorun oğlu Tit onu bu səbəblə tənqid etməyə başladıqda o belə bildirmişdi ki, bu yolla qazanılan pulların qoxusu yoxdur. Bu ifadə o zamandan etibarən böyük populyarlıq qazanır və bu günə qədər “Pecunia non olet”, yəni “Pulların qoxusu yoxdur” şəklində istifadə edilir.

Liberiyada Birinci vətəndaş müharibəsi zamanında general Coşua Milton Blahi müharibəni lüt şəkildə aparmaq qərarına gəlir və bu zaman onun əynində yalnızca ayaqqabı və silah olur. O bunu şeytanın təklifi əsasında etdiyini bildirmişdi. Bu “şeytan” generalın 11 yaşı olduqda ona zəng etmişdi… general belə inanırdı ki, bu onu güllələrdən qoruyacaq. Görünür, o doğru düşünürmüş, çünki o hələ də sağdır.

1838-ci ildə Antonio Lopez de Santa-Anna (Meksika prezidenti) ayağından aldığı güllə nəticəsində ayağını itirir. O amputasiya olunmuş ayağını bütün hərbi mərasimlərin müşayiəti ilə dəfn etməyi əmr etmişdi.

1714-cü ildən 1727-ci ilə qədər hakimiyyətdə olmuş İngiltərə kralı I Georg əslində alman idi.

Abel Tasman öz səyahətləri ərzində Tasmaniya, Yeni Zellandiya və Ficini kəşf etsə də, ümumilikdə Avstraliya materikinin fərqinə varmamışdı.

Karl Marks Amerikanın New York Daily Tribune qəzetində jurnalist olaraq çalışıb.

İosif Stalin keşiş təhsili alıb.

Finlandiyanın paytaxtı Helsinkinin əsası 1550-ci ildə isveç kralı tərəfindən qoyulub.

1890-cı illərdə Paraqvayda Yeni Avstraliya mövcud olub.

Drakula kimi (Vlad Çepeş) Kral Makbet də real tarixi şəxsiyyət olub. O 1040-1057-ci illərdə Şotlandiyaya rəhbərlik edib.

Son xəbərlər
Digər xəbərlər