2 C
Baku
Saturday, December 14, 2024

Dünyanın ən sülhməramlı ölkələri – Reytinq

İslandiya dünyanın ən sülhməramlı ölkələr sırasında birinci yer tutur. Banker.az xəbər verir ki, bu barədə İqtisadiyyat və Sülh İnstitutunun (IEP) 14-cü illik hesabatında deyilir. Qeyd edildiyi kimi, ikinci yerdə Yeni Zelandiya, üçüncü yerdə Portuqaliya, dördüncü və beşinci yerlərdə isə Avstriya və Danimarka yer alıb.

Hesabatda bildirildiyi kimi, dünyanın doqquz regionundan yalnız ikisində müsbət dinamika mövcuddur: Şimali Amerika (Kanada və ABŞ), Rusiya və Avrasiya (MDB ölkələri, Gürcüstan, Türkmənistan və Ukrayna). Ən çox Ermənistan və Azərbaycanda göstəricilər yaxşılaşıb.

Xatırladaq ki, IEP siyahısı 163 ölkədən ibarətdir və dünya əhalisinin 99,7%-ni əhatə edir. Məruzənin məlumatlarına görə, dünyanın 80 ölkəsində sülhməramlılığın səviyyəsi artıbsa, 80 ölkədə bu göstərici kəskin azalıb.

Reytinq ölkələrin bu üç sahədəki göstəricilərə əsaslanır: müdafiə və təhlükəsizlik, hazırkı konfliktlər və ölkənin hərbiləşdirilməsi.

Son xəbərlər
Digər xəbərlər