21 C
Baku
Friday, October 4, 2024

AMB bankları “Nağd pulun idarəetmə informasiya sistemi”nin tətbiqinə hazırlayır

Azərbaycan Mərkəzi Bankı (AMB) “Nağd pulun idarəetmə informasiya sistemi”nin (Cash Management System (CMS) tətbiqi ilə əlaqədar kredit təşkilatları üçün geniş təlimlərin keçirilməsinə başlayıb. Bu barədə AMB-nin məlumatında qeyd edilir.

Beynəlxalq ekspertlərin də iştirak etdiyi təlimlərin məqsədi CMS-in Mərkəzi Bankda tətbiqi ilə əlaqədar kredit təşkilatlarının sistemə inteqrasiyasını təmin edəcək “web portal” modulu üzrə əməliyyatların aparılması zamanı bank əməkdaşlarının nəzəri, eləcə də praktiki bilik və bacarıqlarının ixtisaslaşdırılmasından ibarətdir.

Təlimlərdə kredit təşkilatlarının nağd pul və informasiya texnologiyaları sahəsi üzrə struktur vahidlərinin rəhbərləri, həmçinin CMS layihəsi üzrə işçi qrupunun üzvləri iştirak edirlər.

Son xəbərlər
Digər xəbərlər