Elektrik enerjisi sərfinə görə ödəniş sənədləri, bildirişlər və qəbzlərin göndərilməsi üçün yeni qayda müəyyənləşir.
Nazirlər Kabineti bununla bağlı “Elektrik enerjisindən istifadə Qaydaları”nda müvafiq dəyişiklik edib.
Elektrik enerjisi sərfinə görə ödəniş sənədləri, bildirişlər və qəbzlər məişət abonentinin təqdim etdiyi elektron poçt ünvanına və (və ya) mobil nömrəyə SMS-lə göndərilə bilər