“BP”də çalışan Azərbaycan vətəndaşlarının sayı son üç ayda artıb

2026-cı ilin ikinci rübünün sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 363 nəfər təşkil edib.

Banker.az bunu “BP Azərbaycan”ının rüblük hesabatına istinadən xəbər verir.

Bu göstəriciyə müddətli müqavilə əsasında çalışan Azərbaycan vətəndaşları da daxildir. 2026-cı ilin birinci rübünün sonunda şirkətdə çalışan Azərbaycan vətəndaşlarının sayı 2 322 nəfər olub. Beləliklə, ikinci rübdə onların sayı 41 nəfər və ya 1,8% artıb.

Bununla belə, illik müqayisədə bp-də çalışan Azərbaycan vətəndaşlarının sayı azalıb. 2025-ci ilin ikinci rübünün sonunda bu göstərici 2 395 nəfər olub. Son bir ildə Azərbaycan vətəndaşı olan işçilərin sayı 32 nəfər və ya 1,3% azalıb.

bp-də yerli kadrların payı üzrə əsas göstəricilər isə dəyişməyib. 2018-ci ilin ortalarından etibarən şirkətin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə tam olaraq, yəni 100% Azərbaycan vətəndaşlarından ibarətdir.

Şirkət təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaqla yanaşı, yüksək səviyyəli kadrlar üzrə yerli əmək bazarının imkanlarını genişləndirmək məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində iştirakını davam etdirəcəyini bildirir.

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər