“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin “Dövlət mənzil fonduna aid binaların dam örtüyünün təmirinin satın alınması” üçün elan etdiyi tenderin qalibi məlum olub.
Banker.az xəbər verir ki, qalib gələn şirkətin adı “Vest LTD” QSC-dir və bu şirkətlə müqavilə imzalanıb.
Müqavilənin ümumi məbləği 9 milyon 992 min 561 manatdır.
Bildirək ki, “Vest LTD” QSC 2010-ci ildə dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 2 050 manatdır. Qalib şirkətin qanuni təmsilçisi isə Şahin Verdəliyevdir.