-3 C
Baku
Sunday, December 15, 2024

Gürcüstanda azərbaycanlılar yaşayan kənddə sərt karantin rejimi ləğv olunur

Gürcüstanın Bolnisi rayonunun Geta (Aşağı Güləver) kəndində sərt karantin rejiminin bu həftəsonu götürülməsi nəzərdə tutulub.

Bu barədə rayon bələdiyyəsindən bildirilib.

Kənddə koronavirusa son yoluxma halı mayın 16-da qeydə alınıb. Artıq Getada sərt karantin rejiminin ləğvi ilə bağlı hazırlıq işlərinə başlanılıb.

Qeyd edək ki, indiyədək Bolnisi üzrə COVID-19-a 186 nəfər yoluxub. Onların 114-ü sağalıb, 4-ü isə vəfat edib.

Son xəbərlər
Digər xəbərlər