Bu ilin yanvar-may aylarında Naxçıvan MR-də 1 007,286 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal edilib.
Bu barədə yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verilir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,9% çoxdur.
Son 1 ildə muxtar respublikada adambaşına düşən ÜDM-in dəyəri isə 1,5% artaraq 2 190 manat təşkil edib.