ABŞ-ın əsas fond indeksləri bazar iştirakçılarının koronavirusun ikinci dalğası və Federal Ehtiyatlar Sisteminin (FED) ÜDM üzrə proqnozları fonunda çöküb.
Banker.az bu barədə “Rbc.ru”ya istinadən xəbər verir.
Qeyd edildiyi kimi, Dow Jones Industrial Average indeksi 1861,82 bənddən 25128,17 bəndə düşərək 6,9% azalıb. S&P 500 188,04 bənddən (5,89%) 30002,10 bəndə düşüb. NASTAQ indeksi isə 527,62 bənddən 9492,73 bəndə düşərək 5,27% azalıb. CNN-nin verdiyi məlumata görə, bu, martın 16-dan bəri ən aşağı göstəricidir.
“Biz iqtisadiyyatı yenidən bağlaya bilmərik. Düşünürəm ki, iqtisadiyyatın bağlı olması bizə daha çox zərər verir – həm iqtisadi, həm də digər sahələrdə”, – deyə ABŞ-ın maliyyə naziri Stiven Mnuçin söyləyir. Onun sözlərinə görə, növbəti ayda iqtisadiyyata 1 trilyon dollar vəsait daxil ediləcək.
Xatırladaq ki, iyunun 10-u FED ABŞ-ın iqtisadi proqnozunu dərc etmişdir. Tənzimləyici ÜDM-nin 6,5% düşəcəyini ehtimal edir. Yeni proqnoza görə, amerikan iqtisadiyyatı gələn ildə 5%, 2022-ci ildə isə 3,5% böyüyəcək.