9 C
Baku
Thursday, December 12, 2024

Paşinyan: “Vəziyyət kritikdir, koronavirusla bağlı ayrılmış çarpayılar dolmaq üzrədir”

Ermənistanın Baş Naziri Nikol Paşinyan respublikanın xəstəxanalarında vəziyyətin gərgin olduğunu açıqlayıb.

N. Paşinyan xəstəxanalarda koronavirus xəstələri üçün ayrılan çarpayıların dolmaq üzrə olduğunu bildirib.

“Vəziyyət kritikdir. Koronavirus xəstələri üçün ayrılan 1857 çarpayıdan 1551-i tutulub, 236 reanimasiya çarpayısından 204-ü məşğuldur”, – deyə Baş Nazir vurğulayıb.

N. Paşinyan qeyd edib ki, yoluxmaların yüksək olması ölkə vətəndaşlarının epidemioloji qaydalara ciddi riayət etmədiyinə dəlalət edir: “Vəziyyət pisləşəcəyi təqdirdə, kütləvi məhdudlaşdırmalara gedilməsi istisna deyil. Bu, bizim iqtisadiyyatımıza güclü zərbə vuracaq”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər