Ukrayna Prezidenti Vladimir Zelenskinin xanımı Yelena Zelenskaya yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub.
Bu barədə Ukrayna Prezidentinin ofisi məlumat yayıb.
“Ukrayna Prezidentinin xanımı Yelena Zelenskayanın COVID-19 analizinin nəticəsi müsbət çıxıb. Birinci xanım özünü yaxşı hiss edir və onda xəstəliyin simptomları yoxdur. Xanım Zelenskaya hazırda ev şəraitində müalicə olunur və o, ailə üzvlərindən təcrid olunub”, – deyə məlumatda bildirilib.
Prezident V. Zelenski və övladları da COVID-19 analizi verib, lakin onların analizlərinin nəticələri mənfi olub.
Y. Zelenskayanın hansı şəraitdə infeksiyaya yoluxması barədə məlumat verilməyib.