19 C
Baku
Sunday, September 29, 2024

Koronavirusun ikinci yoluxma dalğası nefti yenidən ucuzlaşdırır

Çində koronavirusun ikinci yoluxma dalğası artması iqtisadi aktivliyin azalması riskini yenidən gündəmə çıxarır. Bu səbəbdən birjalarda neftin dəyərində yenidən tələbatın azalması meyliləri aktuallaşır.

Nyu-York birjasında avqust fyuçersləri neftin bir barelini son həftədə 8.3% ucuz qiymətə razılaşıblar. Pekində koronavirus testinə onlarla insanın  pozitiv nəticə verməsindən sonra şəhərin ən böyük meyvə və tərəvəz təchizatı mərkəzləri  karantin səbəbindən bağlanıb. Bu minvalla ABŞ-ın Florida ştatı hələki bu virusa ən çox yoluxan ştat kimi ön pillədə dayanmaqdadır.

OPEC+ alyansı neftin hasilatındakı 9,7 mln. barel/günlük kvotası ilə bağlı bu ayın ilk dekadasında  müddətin uzadılması yenidən birjalarda təsirinin “gücsüz” olduğunu isbatlamaqdadır. İri neft idxalçısı olan ölkələrdə iqtisadi aktivliyin bərpası tam bərpa olunmamasına qədər neftin qiymətində artımının oturub gözləmək sadəlövlük olar, bunu analitiklər də bu formada qərar verir.

Bu arada Bakı vaxtı ilə 10:20 radələrində NYMEX birjasında WTI xam nefti 34.39 dollar təşkil edib, bu, 5.16% sessiya ərzində azalma deməkdir.

Londonun ICE qitələrarası fond birjasında avqust fyuçersləri üzrə Brentin dəyəri 37.31dollar təşkil edib. Bu da 3.67% eniş deməkdir.

 

Son xəbərlər
Digər xəbərlər