3 C
Baku
Saturday, December 14, 2024

Finlandiya aztəminatlı insanlara ayda 75 avro ödəməyi planlaşdırır

Finlandiya hökuməti aztəminatlı insanlara ayda 75 avro ödəməyi təklif edib. Banker.az xəbər verir ki, bu barədə çərşənbə günü ölkənin Sosial İşlər və Səhiyyə Nazirliyi məlumat yayıb.

Yardım 2020-ci ilin sentyabrından dekabra qədər ödəniləcəkdir. Təklifə yay tətilindən sonra baxılacaq.

“Müvəqqəti müavinətin məqsədi, pandemiya səbəbindən tətbiq olunan məhdudiyyətlərdən zərər çəkmiş aztəminatlı insanlara dəstək olmaqdır”, – mesajda deyilir.

Qeyd edək ki, Finlandiyada koronavirusa yoluxanların sayı 7117 nəfər təşkil edir, onlardan 326 nəfər vəfat edib. Pandemiyanın yayılma tempi yavaşlayır, həftə ərzində yoluxma halların sayı 20-dən az olmuşdur.

Koronavirusun yayılmasının qarşısını almaq üçün 19 martdan 13 may tarixinədək Finlandiya sərhədləri bağlı olub. Mayın 14-dən başlayaraq Şengen zonası daxilində hərəkətə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb.

Son xəbərlər
Digər xəbərlər