15 C
Baku
Sunday, November 24, 2024

Biznes-proseslərinin dayanıqlığını və etibarlılığını necə artırmalı?

Müəllif: Faina Nikolayevna Filina, hüquq elmləri namizədi, “Uğurlu Biznes Akademiyası” MMC-nin vergi məsləhətçisi, “Qrossmedia Ferlaq” İD redaktor-eksperti.

Sahibkarlıq risklərinin menecmentində ən mürəkkəb mərhələ – onların bir qayda olaraq risk-təhlilinin subyektiv yanaşmasına əsaslanan identifikasiyasıdır. 

Müəssisənin özündə, onun daxili mühitində baş verə biləcək gözlənilməz şəraitləri, eləcə də kumulyativ effektin yaranma ehtimalını nəzərə almaqla aydındır ki, ayrıca prosesin idarə edilməsi ümumən risk vəziyyətini, yəni birlikdə və qarşılıqlı əlaqədə götürülmüş bütün risklər nəzərə alınmaqla mümkündür.

Risk informasiyasının toplanması üzrə iş təhlükələrin çoxunu identifikasiya etməyə imkan verir, lakin bir qayda olaraq bir müddət sonra yeniləri aşkar olunur. Bu, təcrübə və statistik göstəricilərin toplanması, eləcə də yeni texnologiyaların tətbiqi və digər materiallardan istifadə ilə də əlaqədar ola bilər. Ona görə də müəssisənin fəaliyyətinin mühüm tərkib hissəsi risklərə nəzarət və yeni risklərin aşkarlanması üzrə xüsusi proqramın yaradılmasıdır.

Risklərin müəyyənləşdirilməsi və ölçülməsinin ümumi metodları arasında aşağıdakıları qeyd etmək olar.

1. Zərərsizlik nöqtəsinə satışdan istehsalçının ziyana uğramadığı, lakin gəlir də əldə etmədiyi mədaxil uyğun gəlir, yəni satışların nəticəsi dəyişən xərclərin ödənilməsindən sonra daimi xərclərin ödənilməsinə kifayət edir, gəlir isə sıfıra bərabərdir. Satışdan mədaxilin istənilən dəyişiklikləri gəlirin daha güclü dəyişikliklərinə səbəb olur. Bu effekt məlum olduğu kimi istehsal leverici effekti (başqa sözlə desək, əməliyyat leverici) adlanır. Əməliyyat lingi sahibkarlıq riskini ( satış həcminin və istehsal məsrəflərinin dəyişkənliyi və qeyri-müəyyənliyi ) yüksəldən  amillərin gəlirin variasiyasına təsirini artırır, lakin öz-özlüyündə risk mənbəyi hesab olunmur. Zərərsizlik nöqtəsinin hesablanması və əməliyyat linginin təsir gücü zəif yerləri tapmağa və müdafiə üsullarını düşünməyə imkan verir.

2. Bir sıra hallarda risk dərəcəsinin və optimal həllərin müəyyənləşdirilməsi üçün “həll ağacı” metodikasından istifadə edilir. Bu metodika qəbul edilə biləcək müxtəlif variantların qrafikinin qurulmasını nəzərdə tutur. “Ağacların budaqları” üzrə verilmiş hadisələrin subyektiv və obyektiv qiymətləndirilməsini müqayisə edirlər(ekspert qiymətləri, itkilərin və gəlirlərin həcmi və s.). Qurulmuş “budaqlar” boyu ehtimalların hesablanmasının xüsusi metodlarından istifadə edərək, hər bir variantı nəzərdən keçirirlər. Bu, risk dərəcəsinin müəyənləşdirilməsinə və optimal həllin seçiminə kifayət qədər əsaslandırılmış yanaşmaya imkan verir.

Başqa sözlə  desək, söhbət hərəkətlərin məntiqi ardıcıllığının formalaşdırılmasından gedir, burada hər sonrakı hərəkətin məğzi öncəki mərhələdə qəbul edilmiş qərardan asılı olur (bir qayda olaraq, bu mərhələ sual formasında, qərar isə “hə” və ya “yox” cavabı formasında olur). Beləliklə, hərəkətlərin şaxələnmiş zənciri alınır, harada ki, risk vəziyyətinin həyata keçməsi halında maliyyə və ya digər zərərlərin qarşısının alınması üçün hərəkətlərin düzəlişi nəzərdə tutulur.

Aktivlərin bazar qiymətinin  dəyişilmələrinin ehtimallarının bölüşdürülməsi haqda statistik göstəricilər əlçatan olmadıqda, onların modelləşdirilməsi çətin, alınan qiymətlərin etibarlılığı isə şübhəli olur, bu da qeyri-stasionar iqtisadi obyektlərə aiddir, bunlar vençur layihələr və innovasion fəaliyyətlərdir, adətən ssenari  və həssaslıq təhlillərindən istifadə olunur.

3. Ssenari təhlili yüksəkixtisaslı ekspertlər tərəfindən vəziyyətin mümkün inkişaf variantlarının və bununla əlaqədar vençur layihənin əsas göstəricilərinin dinamikasını proqnozlaşdırma metodundan ibarətdir. Ssenari təhlili standart hesablama zamanı yalnız “normal” bazar riskini əks etdirən risk bazar dəyərinin standart hesablamasına əlavə kimi də istifadə oluna bilər.

Hər bir ssenarinin əsasını vençur layihənin dəyərinin bazar amillərinin dəyişmə ölçüləri və istiqaməti haqda ekspert fərziyyələri təşkil edir, bu amillərə istehsal həcmi, faiz dərəcələri, valyutaların mübadilə məzənnələri, səhm və məhsulların qiymətləri, ilkin xammalın, materialların və tərkib hissələrinin qiymətləri proqnozlaşdırma dövrü üçün yeni məhsul və texnologiyaların buraxılış qiymətləri aiddir. Sonra bu ehtimallara müvafiq olaraq vençur layihənin dəyərinin yenidən qiymətləndirilməsi həyata keçirilir. Alınmış dəyər dəyişikliyi elə potensial itkilərin qiymətləndirilməsi olacaq.

Ssenari yanaşmasının əsas üstünlüyü ondan ibarətdir ki, əsas bazar amilləri üçün dəyişiklik ehtimallarının bölüşdürülməsi qanununu bilməyi tələb etmir. Digər tərəfdən, istənilən ssenari qiymətləndirmələri subyektivlik möhürünə malikdir, bundan əlavə, onlar belə bir ehtimala əsaslanırlar ki, gələcəkdə aktivlərin qiymətlərinin davranışı keçmişdəki davranışına bənzəyəcək, bu da ümumən heç də şübhəsiz deyil.

Ssenari yanaşması  sərmayə layihəsinin sabitlik sınağı (stress testing)prosedurunda reallaşır. Ssenari qismində bazar amillərinin keçmişdə olan ən xoşagəlməz dəyişiklik hadisələri (xoşagəlməz hadisələrin inkişaf zənciri) götürülə bilər.

Digər bir alternativ  fərziyyə ssenarisinin tərtibidir, burada bazar amillərinin ekstremal dəyişiklikləri 5-10 standart kənaraçıxmaya bərabər olan diapazonda modelləşdirilir. Sərmayə layihəsinin sınaqdan keçirilməsinin  məqsədi vəziyyətin əlverişsiz inkişafına risk idarəetməsi sisteminin müqavimət göstərmək qabiliyyətinin yoxlanmasıdır. Xüsusən, böhran dövrlərində maliyyə alətlərinin likvidliyi kəskin azalır, bu da alış və satış qiymətləri arasında həddən yüksək spredin olması səbəbindən ziyansız əməliyyatların keçirilməsini mümkünsüz edir. Belə hallarda hecinq üçün fyuçers müqavilələrindən istifadə edən vençur şirkətləri çox zaman təcili bazarda öz mövqelərinin maliyyələşdirilməsi üçün vəsait çatmamazlığı ilə üzləşirlər. Likvidlik riskinin belə təzahürləri də ssenari yanaşmasının köməyilə uğurla modelləşdirilə bilər.

4. İqtisadiyyatın real sektoru ilə  əlaqədar olan sərmayə layihələrinin sabitlik sınaqlarının analoji proseduru həssaslıq təhlili adlanır. Həssaslıq təhlili layihə üçün ən vacib giriş parametrlərinin sərmayə layihəsinin effektivlik qiymətləndirilmələrinin(maliyyə yekunu)dayanıqlığına təsirini tədqiq edir.

Adətən həssaslıq təhlili prosesində seçilmiş parametrlərdən birinin qiyməti digər parametrlərin qiymətlərinin fiksə olunduğu halda kiçik diapazonda (±5%, ±10% və s.) dəyişir və layihənin effektivlik göstəricilərinin (maliyyə yekunu) bu dəyişikliklərdən asılılığı müəyyən olunur. Həssaslıq təhlili prosesi zamanı dəyişən parametrləri iki əsas qrupa ayırmaq olar: daxilolmaların və məsrəflərin həcminə təsir edənlər.

Həssaslıq təhlilini ən mühüm amillərdən başlayırlar və təhlilin özü həm kəmiyyət ,həm də keyfiyyət metodlarından ibarətdir. İş bir neçə mərhələdə aparılır:

* Həssaslığının qiymətləndirilməsi aparılan əsas açar göstəricilərin-parametrlərin seçimi aparılır. Bu gəlirliliyin daxili norması, xalis gətirilmiş gəlir ola bilər.
* Seçilmiş göstəricilərə daha çox təsir edə biləcək amillər seçilir: inflyasiya səviyyəsi, iqtisadiyyatın vəziyyəti və s.
* İstehsalın müxtəlif mərhələlərində açar göstəricilərin qiymətləri hesablanır. Beləliklə, zamanın hər anı üçün maliyyə axınlarını müəyyənləşdirmək, yəni açar parametrlərin böhran qiymətlərini və göstəricilərini müəyyən etmək olar(məsələn, zərərsizlik nöqtəsi). Əgər maliyyələşmə borc vəsaiti hesabına aparılırsa, böhran qiyməti – borcun ödənilməsi mümkün olmayan faiz dərəcəsi olacaq.

Həssaslıq təhlili mütəxəssislərə risk və qeyri-müəyyənliyi nəzərə almağa imkan verir. Məsələn, əgər qiymət böhran amilidirsə, qabaqcadan marketinq proqramının gücləndirilməsi  və istehsalın ümumi dəyərinin azaldılması yollarını fikirləşmək olar.

Buna baxmayaraq bu metodun bir sıra çatışmayan cəhətləri var:

* o, hərtərəfli deyil, belə ki, bütün mümkün vəziyyətlərin uçotu nəzərə alınmır.;
* alternativ variantların həyata keçirilmə imkanlarını dəqiqləşdirmir.

Dəyişən parametrlər arasında birbaşa əlaqə təyin oluna bilmədikdə hər bir parametrin dəyişikliyinin digərinə dolayı yolla təsiri nəzərə alınmalıdır. Buna görə də, həssaslıq təhlilinə başlamazdan öncə təhlilin planını araşdırmaq lazımdır, bunun üçün hər bir dəyişən parametr üzrə icrası zamanı bədbin və nikbin nöqteyi-nəzərdən vençur layihənin inkişaf ssenarisinə müvafiq olaraq parametrlərin qiymətlərinin arzuolunan nəticələrinin əldə edilə biləcəyi hərəkət və şərtləri müəyyənləşdirmək lazımdır.

Son xəbərlər
Digər xəbərlər