16 C
Baku
Tuesday, April 30, 2024

Məqsədləri düzgün təyin etməyin 5 yolu

Hamımız ən az bir dəfə də olsa iş həyatımızda qarşımıza yanlış hədəflər qoymuşuq. Bəlkə siz yeni bacarığa yiyələnmək, yaxşı vərdiş inkişaf etdirmək və ya daha erkən oyanmaq istəyirsiniz. Niyyətiniz yaxşı olub, sistemə uyğun olaraq hərəkət etmisiniz və hətta müəyyən irəliləyiş əldə etmisiniz. 

Lakin bir neçə ay sonra işinizə qiymət verdikdə, səhv yolla getdiyiniz məlum olur. 

Biz qarşımıza qoyduğumu məqsədlərin hamısına çata bilmirik və bu qaçırılmazdır. Bəzən uğursuzluqlarımıza görə ətrafımızdakı insanları və baş verən hadisələri günahlandırırıq. Gözlənilmədən hansısa vəzifə ortaya çıxdı. Prioritetlər və ya missiya dəyişdi. 

Buna baxmayaraq, əksər hallarda problem məqsədin özündədir. Belə ki, məqsəd səhv olduqda siz yanlış yola istiqamətlənmiş olursunuz. Bəs hədəflərin uğursuz olmadığına əmin olmaq üçün nə etmək olar?

SMART-məqsədlər nədir?

Əsaslardan başlayaq. Effektiv hədəflər müəyyənləşdirməyin bir çox metodu var və onlardan biri SMART adlanır. 

SMART yanaşmasına görə, sizin məqsədləriniz aşağıdakı tələblərə cavab verməlidirlər: 

Konkretlik (Specific): siz nə etməli olduğunuzu dəqiq bilməlisiniz. İkimənalılıq və ya qeyri-müəyyənlik yolverilməzdir;

Ölçülülük (Measurable): siz irəliləyişi izləməkdə və əldə etdiyiniz nəticələrə qiymət verməyə həvəsli olmalısınız;

Əlçatanlıq (Achievable): göydən ulduz tutmağa çalışmayın (əgər həqiqətən də bunu edə biləcəyinizə inanırsınızsa);

Səmərəlilik (Relevant): siz yalnız bacarıqlarınız və uzunmüddətli hədəfləriniz ilə əlaqəli olan məqsədlər üzərində çalışırsınız. Bu məqsədlərə çatmaq üçün motivasiyalı olmalısınız;

Müddətin müəyyənliyi (Time-bound): işin başlama və bitmə tarixi olmalıdır (Qeyd etmək lazımdır ki, SMART yanaşması qısamüddətli məqsədlərə daha çox uyğun gəlir – bir aydan bir ilə qədər). 

İlk baxışdan, SMART qarşınıza qoyduğunuz məqsədə çatmağın ən yaxşı vasitəsi kimi görünür. Lakin bu yanaşma təkcə məqsədin necə olmalı olduğunu deyil, həmçinin hansı sözlərlə ifadə edilməsini də nəzərdə tutur. 

SMART-məqsədlərin dili: məqsədlərin düzgün qoyuluşu

SMART sistemi “hər bir dərdin dərmanı” deyil, bəzən odan istifadə etdiyimizə baxmayaraq, motivasiyanı itirə və ya diqqətimizi kənar faktorlara yayındıra bilirik.  Niyə?

Əsas problem – məqsədinizi təsvir etmək üçün istifadə etdiyiniz dil. 

Dil fəaliyyətimizi müəyyən edir. Niyyətinizi formalaşdırmaq üçün istifadə etdiyiniz sözlər, sizə kömək edə və ya əksinə, bütün səylərinizin üstündən xətt çəkə bilərlər. 

Tədqiqatlar insanların neqativ məqsədlər qoymağa meylli olduğunu göstərirlər. Unutmayın  ki, əslində neqativ məqsədlər sizi həvəsdən salır. Motivasiyanı qoruyub saxlamaq üçün pozitiv dildən istifadə etməyə çalışın. Sizlər üçün bir neçə nümunə təqdim edirik:

  1. “Etməliyəm” sözünü gələcək zamanla əvəz edin

Rəssam El Luna “Etməliyəm və istəyirəm arasında” adlı kitabda “etməliyəm” sözünü fərqli şəkildə izah edir. Onun fikrincə, “etməliyəm” – məqsədlərinizi işə salacaq söz deyil. Bunun əvəzinə daha konkret olun və gələcək zamandan istifadə edin. 

Məsələn, “Həftənin sonun qədər saytın dizaynını bitirərək, müştəriyə göndərməliyəm” yox, “Həftənin sonuna qədər saytın dizaynını bitirəcəyəm və müştəriyə göndərəcəyəm”. 

  1. “Tezlikdə” sözünü dəqiq zamanla əvəz edin

Zaman çərçivələri SMART sisteminin vacib tərkib hissələrindən biri olsa da, çox vaxt insanlar məqsədləri üçün dəqiq tarix təyin etməkdən qorxurlar. Lakin bu olmasa, məqsədlər öz gücünü itirmiş olurlar. 

Məsələn, “Çərşənbə günü saat 16.00 qədər potensial müştərilərə 10 məktub yazıb göndərəcəyəm”. 

  1. “Lazımdır” sözünü “istəyirəm” ilə əvəz edin

Çox vaxt insanlar özlərinə deyirlər: “Filan şeyi etməliyəm”. Bildiyimiz kimi, bu, neqativ məqsəddir. Çalışın motivasiyanı qoruyub saxlayasınız və fikirlərinizi müsbət yöndə ifadə edəsiniz. 

Məsələn, “İdmanla məşğul olmaq üçün hər gün səhər saat 6:30-da durmalıyam” yox, “İdmanla məşğul olacağam və buna görə səhər saat 6:30-da durmaq istəyirəm”. 

  1. “Atmaq” (tərgitmək) sözünü “bitirmək” sözü ilə əvəz edin

Məqsədiniz “siqareti atmaq” olsa belə, fikirlərinizi fərqli formada ifadə etməyə çalışın. Yəqin ki, bizimlə razısınız – heç kim özünü zəif olduğunu hiss etmək istəmir. 

Məsələn: “Növbəti üç həftədə iş masası qarşısında yemək yeməyi atacağam (tərgitəcəyəm)” yox, “Növbəti üç həftədə iş masası qarşısında yemək yeməyəcəyəm və özümə nahar fasiləsi təşkil edəcəyəm”. 

  1. “Heç vaxt” sözünü konkret fəaliyyət ilə əvəz edin

Depressiya və stress bizim diqqətimizi yayındıran əsas amillərdən biridir. Nəyisə heç vaxt “etməyəcəyinizi” deməklə, siz özünüzə artıq təzyiq göstərmiş olursunuz. 

Heç vaxt etmək istəmədiyiniz sözü yeni fəaliyyət ilə əvəz edin.
Məsələn, “Mən heç vaxt gecikməyəcəyəm” yox, “Qrafikimə əlavə 15 dəqiqə vaxt ayıracağam ki, gecikməyim”. 

SMART-məqsədlərə dair nümunələr

Effektivliyin əsas düşmənləri motivasiya, prokrastinasiya və konsentrasiyadır. Hansısa tapşırığı yerinə yetirməlisiniz? Qrafikinizdə bunun üçün vaxt ayırın. 

Hamımız bilirik ki, insanların əksəriyyəti günün 8 saatını ofisdə keçirir. Lakin, bu o demək deyil ki, onlar gündə 8 saat işləyirlər. 

Bütün günü motivasiya ilə dolu qalmaq istəyirsinizsə, aşağıdakı tövsiyələrdən yararlanın. Onların hər birində məqsəd bulanıq ideyadan konkret təsvir edilmiş prosesə çevrilir.

  1. Daha vacib olan işlərə daha çox vaxt ayırmaq

Zehni əmək ilə məşğul olan insanlar gündə orta hesabla 2 saat 48 dəqiqə produktiv işləyirlər. Əgər məqsədinizi dəqiqləşdirsəniz, bu qısa müddət ərzində daha çox iş görə biləcəksiniz. 

Pis məqsəd: “Mənim üçün çox vacib olan işə hər səhər vaxt ayırmaq istəyirəm”. 

Qeyri-dəqiq məqsəd: “Mənim üçün çox vacib olan işə hər gün iki saat vaxt ayırmaq istəyirəm”. 

SMART-məqsəd: “Bu həftə hər gün səhər saat 8:30-dan 10:30-a qədər marketinq saytımızın redizaynı üzərində çalışacağam”. 

Bu niyə işləyir: SMART-məqsəd dəqiq zaman çərçivəsini müəyyən etməklə yanaşı, bunu pozitiv yöndə edir və hədəf kifayət qədər real görünməyə başlayır. Siz hər gün nəyi nə üçün etməli olduğunuzu bilmiş olursunuz. 

  1. İş şəbəkəsinin və ya müştəri siyahısının qurulması

Karyeranın ən vacib tərkib hissələrindən biri güclü şəbəkənin yaradılmasıdır. Lakin əksər insanlar şəbəkə haqqında eşitdikləri zaman göz süzdürməyə başlayırlar. Adətən ünsiyyət qurmaqda çətinlik çəkən insanlar üçün iş şəbəkəsi daha çətin olur. 

Pis məqsəd: “Mən ən peşəkar şəbəkə qurmaq istəyirəm”

Qeyri-dəqiq məqsəd: “Mən karyera imkanları haqqında daha çox məlumat əldə etmək üçün LinkedIn-də olan əlaqələrdən istifadə emtək istəyirəm”. 

SMART-məqsəd: “Mən karyera imkanları haqqında daha çox məlumat əldə etmək üçün LinkedIn-dəki əlaqələrdən istifadə edərək, cümə axşamı günü 10 nəfərə məktub yazaraq onlardan karyeramın inkişafına dair məsləhət alacağam”. 

Bu niyə işləyir: SMART-məqsəd bütün tələblərə cavab verir – nə etmək istəyirsiniz, hansı prosesdən istifadə edəcəksiniz və nə gözləyirsiniz. Bundan əlavə, bütün bunlar pozitiv və motivasiya edici yöndə səslənir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər