“Akkord”un 1 milyon manata yaxın vergi borcu var

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC dövlət qarşısında vergi borcunun olduğu məlum olub.

Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.

Məlumata əsasən, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin 980 min 418 manat vergi borcu var.

Bildirək ki, bu borclar barədə son məlumat 22 iyun 2020-ci il tarixinə qədər olandır.

Xatırladaq ki, tikinti sektorunun şirkətlərdən biri olan “Akkord” Korporasiyası infrastruktur layihələrinin, ictimai obyektlərin tikintisi, inşaat materiallarının istehsalı üzrə ixtisaslaşmışdır.

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC 2006-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 75 594 365 manatdır və qanuni təmsilçisi Bürhan Həmidovdur. Dərya Vəliyev isə şirkətin Müşahidə Şurasının sədridir.

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər