ABŞ prezidenti Donald Tramp, ondan əvvəl hakimiyyətdə olan Barak Obamanı dövlətə xəyanətdə ittiham edib. Banker.az xəbər verir ki, bu barədə CBN News telekanalı məlumat verib.
“Bu, xəyanətdir. Baxın, daha əvvəl də onların bizim kampaniyamıza casuzluq etdiyini demişdim. Göründüyü kimi, haqlı idim”, – Tramp qeyd edir.
Xatırladaq ki, daha əvvəl Tramp dəfələrlə seçki kampaniyasının izləndiyni söyləmişdir. 2017-ci ildə o, telefonunun dinlənildiyini açıqladı və ABŞ Konqresini Barak Obama administrasiyasının səlahiyyətlərindən sui-istifadə edib-etmədiyini yoxlamağa çağırdı.
2018-ci ildə isə prezident xüsusi xidmət orqanlarının və nazirlik rəsmilərinin Obama administrasiyasından insanlara nəzarət etmək “tələbi” nin olub-olmadığını öyrənmək istəmişdir.
Bütün bunlardan əlavə, Donald Tramp Obamanın xarici siyasət xəttini də tənqid edib. Onun fikrincə, Obamanın Rusiyaya qarşı irəli sürdüyü siyasət “axmaqlıqdır” və o, ABŞ tarixində ən pis prezident olub.