19 C
Baku
Wednesday, October 16, 2024

Tramp müəyyən növ iş vizalarının verilməsini 2020-ci ilin sonuna qədər dayandırdı

ABŞ prezidenti Donald Tramp, müəyyən növ iş vizalarının verilməsini 2020-ci ilin sonuna qədər dayanırdıb.
Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.
Xüsusilə:
1. H-1B – İT və elm sahələri də daxil olmaqla yüksək ixtisaslı işçilər üçün.
2. H-2B – mövsümi işçilər üçün, məsələn, otellərin və ya tikinti şirkətlərinin işçiləri üçün.
3. H-4 – H-1B vizasını alanların həyat yoldaşları üçün.
4. L-1 – böyük korporasiyalarda çalışan rəhbərlər üçün.
6. J-1 – tədqiqatçılar, müəllimlər və mədəniyyət proqramlarının iştirakçıları üçün.
Qeyd edildiyi kimi, yeni məhdudiyyətlər iyunun 24-də qüvvəyə minəcək. Bu tədbir pandemiya şəraitində ABŞ vətəndaşları üçün iş yerlərini saxlamağa imkan verəcəkdir.
Sözsüz ki, Donald Trampın bu qərarı “Facebook”, “Amazon” və “Microsoft” daxil olmaqla bir çox İT şirkətləri tərəfindən mənfi qarşılanıb.
Son xəbərlər
Digər xəbərlər