Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev 11 il həbs cəzasına məhkum edilib.
Banker.az xəbər verir ki, bu barədə RBC məlumat verib. Xatırladaq ki, o, cinayətkar Aziz Batukayevin qanunsuz olaraq azad edilməsi iddiasında təqsirləndirilən şəxslərdən biri olmuşdur.
Batukayev həkimlər ona “kəskin leykoz” diaqnozu qoyandan sonra cəzasını çəkdiyi koloniyadan vaxtından əvvəl azad edilib. İstintaq 2019-cu ilin yanvar ayında bərpa edilərək, oktyabr ayında yenidən məhkəməyə verilib. Ümumilikdə bu işdə 19 nəfər təqsirləndirilir. Atambayevdən başqa bunlar səhv diaqnoz qoyan həkimlər, laboratoriya işçiləri və digərləridir.