1 C
Baku
Saturday, December 14, 2024

Hazırda Azərbaycan əhalisi əsasən nəyə yatırım etməyə üstünlük verir: Banka yoxsa daşınmaz əmlaka (Sorğu)

1 702 respondent arasında “Hazırda Azərbaycanda əsasən nəyə yatırım edərdiniz?” adlı sorğu keçirilib.

Banker.az xəbər verir ki, bu barədə sorğu “Business İnsight” tərəfindən aparılıb.

Vətəndaşlarımızın daşınmaz əmlaka yatırım etmələri üçün imkanlar yaradılmalıdır. Sorğu nəticələri bu sahənin Azərbaycanlılar üçün daha cəlbedici olduğunu göstərir. Banklar İpoteka şərtlərini yumuşaltmalı, xüsusən vəsaiti dollarda olanlar üçün manatla verilən ipotekaları daha cəlbedici etməlidirlər. Belə olan halda həm bu sahəyə yatırım etmək istəyənləri, həm də yastıq altında olan vəsaitlərin bir hissəsini banklara cəlb etmək mümkün olacaqdır.

Çarpaz təhlillər göstərir ki, Bakı sakinlərinə toplanan vəsaiti daşınmaz əmlaka yatırmaq, evdə saxlamaq daha cəlbedicidirsə, regionda yaşayanlara kənd təsərrüfatına yatırmaq və banklara əmanət kimi qoymaq daha cəlbedici gəlir.

Gender baxımından xanımlara daşınmaz əmlak daha cəlbedici görünür. Gənclər yaşlı seqmentə nisbətdə ticarətə daha meyilli görünür. Vəsaitin banklara yatırım kimi qoyulması isə gənclərə nisbətdə yaşlılara, kişilərə nisbətdə isə xanımlara daha cəlbedici gəlir.

Bakı və regionlarda aparılan sorğunun nəticələri ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz.

sr

Son xəbərlər
Digər xəbərlər