3 C
Baku
Saturday, December 14, 2024

“Mercedes-Benz” və “Nvidia” avtomobillər üçün “superkompüter” tərtib edəcəklər

“Mercedes-Benz” və “Nvidia” şirkətləri avtomobillər üçün “yeni nəsil superkompüter” tərtib etmək üçün əməkdaşlığa başladılar.

Banker.az xəbər verir ki, bu barədə “The Verge” məlumat verib. Qeyd edildiyi kimi, “Mercedes-Benz” yeni texnologiyanı 2024-cü ildə avtopark sahəsində tətbiq etməyi planlaşdırır.

Bu texnologiya “Tesla” və “Cadillac”ın təqdim etdiyi avtopilot funksiyası daxil olmaqa, bir sıra qabaqcıl tədbiqləri dəstəkləyəcək.
Bundan əlavə, avtomobilin təchiz edildiyi proqram təminatının simsiz yenilənməsi texnologiyası üzərində iş gedir.

Tərtibatçıların verdiyi məlumata görə, yeni platforma “Nvidia”nın 2019-cu ilin dekabrında təqdim etdiyi SoC Orin sistemi üzərində qurulacaq. Xatırladaq ki, SoC Orin sistemi saniyədə 200 trilyona qədər əməliyyat keçirməyə imkan verir və analoji variantlar ilə müqayisədə daha az enerji xərcləyir.

Nvidia Drive sistemi sürücünün baş və göz hərəkətlərini izləyir, onun yol boyu nə dərəcədə diqqətcil olduğunu qiymətləndirir və zərurət yarandıqda audio və toxunuş bildirişlərini göndərir.

Qeyd edək ki, Drive avtomobilə həmçinin uzaq məsafədən nəzarət etməyi bacarır. Məsələn, sürücü avtomobili tərk etməyə hazırlaşır və yaxınlaşan velosipedçini diqqətindən qaçırır, sistem bu haqda xəbərdarlıq göndərə və ya velosipedçi keçənə qədər avtomobilin qapısını kilidləyə bilər.

Son xəbərlər
Digər xəbərlər