2 C
Baku
Saturday, December 14, 2024

“Mastercard” 825 milyon dollara “Finicity” fintex startapını alır

Dünyanın ikinci ən böyük ödəmə sistemi olan “MasterCard Inc.” şirkəti “Finicity” maliyyə məlumatları aqreqatorunu satın alır.

Banker.az bu barədə “Kapital.kz” saytına istinadən məlumat verir.

Qeyd edildiyi kimi, müqavilənin dəyəri 825 milyon dollar təşkil edir. Bununla yanaşı, “Finicity” səhmdarları hədəflərinə çatdıqları təqdirdə əlavə 160 milyon dollar almaq hüququna malikdirlər.

“MasterCard”ın qiytmətləndirmələrinə görə, bu müqavilə şirkətə açıq bankinq sahəsindəki mövcud imkanları genişləndirməyə imkan verəcək.

Qeyd edək ki, “Finicity” real vaxt rejimində maliyyə və analitik məlumatlara çıxış təmin edən şirkətlər arasında Şimali Amerika bazarında lider şirkətlərdən biridir.

Son xəbərlər
Digər xəbərlər