Azərbaycan iqtisadiyyatına kredit qoyuluşunun həcmi son bir ayda 2.5% azalaraq 14.77 milyard manata düşüb.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankının 2020-ci ilin may ayına istinadən xəbər verir.
Bu kreditlərin 12.63 mlrd. manatı özəl sektora, burada 6.58 mlrd. manatı ev təsərrüfatlarına verilən kreditlər olub. Ev təsərrüfatlarına verilən kreditlərin həcmi isə son bir ayda 1.9%, ilin ilk ayının son göstəricisi ilə müqayisədə 6.1% azalıb.
Bununla belə 1.05 mlrd. manatı dövlət sektoruna yönəldilən kreditlər təşkil edib.
AMB-nin məlumatına əsasən, son bir ayda ölkədə vaxtı keçmiş (problemli) kreditlərin həcmi 1.08 mlrd. manata düşüb. Bu öncəki ayla müqayisədə 12% az olması deməkdir.