Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR və ya ARDNŞ) Birləşmiş Ərəb Əmirliklərində yerləşən “Gacrux Middle East Investment Holding Ltd” adlı şirkət təsis edib.
Bu barədə Banker.az SOCAR-dan aldığı informasiyada deyilir.
Məlumata görə, Holdinqin səhmlərinin 100% artıq SOCAR-a məxsus olacaq və inşaat sahəsində fəaliyyət göstərir.
Holdinqin səhmlərinin nominal dəyəri 1 milyon dollar təşkil etməklə 50 milyon ədəd səhmi vardır.
Holdinq rəsmi qeydiyyata Dubayda Beynəlxalq Maliyyə Mərkəzində qeydiyyata alınıb. Şirkətin direktorları Fərrux Qasımov və Vagif Əliyevdir.