Bu gündən Tailanda əcnəbilərin bəzi qrupları üçün giriş məhdudiyyəti aradan qaldırılıb.
Tailand Turizm Komitəsi xəbər verir ki, bu barədə ölkənin Mülki Aviasiya Komitəsinin (CAAT) açıqlamasında bildirilir.
Belə ki, bir sıra xarici ölkələrdə COVID-19 ilə bağlı vəziyyətin hələ də ciddi olduğu üçün yeni epidemiyaya yol verməmək üçün Tailanda səyahətlərə məhdudiyyət gətirmək üçün tədbirlərin vacib olduğu halda 1 iyul tarixindən etibarən ölkə üzərindən, ölkəyə giriş və yaxud çıxış uçuşları üçün şərtlər açıqlanıb.
CAAT tərəfindən müvafiq icazə verildiyi təqdirdə beynəlxalq hava limanlarında rəsmi və hərbi təyyarələr, təcili enən təyyarələr, içərisindəkilərin bayıra çıxmamaları şərtilə texniki enişə keçən təyyarələr, humanitar, tibbi və ya yardım ləvazimatları daşıyan təyyarələr, təxliyyə və ya yükdaşıma (karqo) təyyarələri qəbul edilə, yaxud yola salına bilər.
Həmçinin beynəlxalq hava limanlarlında qəbul edilən və yaxud yola salınan təyyarələrin sərnişinləri yalnız tai millətindən, müvafiq qaydada xüsusi icazə almış şəxslər, rəsmi və ya diplomatik xidmətdə olan şəxslər, hökumət və hakimiyyət qurumlarının nümayəndələri ola bilər. Əcnəbilərdən isə övladı, valideynləri, həyat yoldaşı yerli vətəndaşı olanlar, mənzil sənədi və ya mənzil alma hüququ, yaxud işləmək icazəsi olanlar, yerli ali məktəblərinin tələbələri, müalicə üçün gələnlər (COVID-19-dan müalicə istisna olmaq şərtilə) və onların yaxınları ölkəyə buraxılır.