Azərbaycan banklarına ən çox hansı rayonlar əmanət yerləşdirir? – SİYAHI

Azərbaycanda 2020-ci ilin iyun ayının 1-nə olan statistikaya əsasən, ölkədə regionlar üzrə cəlb olunmuş əmanətlər 7 milyard 661 milyon manat təşkil edib. Cari ilin may ayının 1-nə isə əmanətlərin həcmi 7 milyard 758 milyon manat idi ki, bu da əmanətlərin bir ayda 96 milyon 683 min manat və yaxud 1,2% azalması deməkdir. Əmanətlərdə azalma lisenziyası ləğv edilmiş banklarla əlaqədardır.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Regionlar üzrə cəlb olunmuş əmanətlərin həcminə görə, bunun 6 milyard 832 milyon manatı Bakı şəhərinin sakinlərinə məxsusdur. Onu da qeyd etmək lazımdır ki, Bakı şəhəri üzrə cəlb olunmuş əmanətlərdə son 1 ay ərzində 162 milyon 616 min manat azalma müşahidə olunub.

2020-ci ilin may ayına olan statistikaya görə, regionlar arasında bankda əmanəti olanlar sayında Bakıya yaxınlığı ilə seçilən Abşeron iqtisadi rayonu ikincidir. Burada yaşayan əhalinin banklarda 215 milyon 358 min manat pulu var.

Gəncə-Qazax iqtisadi rayonunda yaşayan əhalinin banklarda 173 milyon 607 min, Aran iqtisadi rayonunda yaşayan 158 milyon 982 min manat bank əmanətinə sahibdir.

Quba-Xaçmaz əhalisi banklara 62 milyon 747 min manat pul qoyub. Lənkəranda yaşayanların isə bankda cəmi 61 milyon 232 min manat pulu var.

Şəki-Zaqatalada yaşayanlar 56 milyon 100 min manat pulunu banklara etibar edib. Naxçıvan sakinləri isə banklara 53 milyon 283 min manat yerləşdirib.

Məlumat üçün onu da qeyd edək ki, bu vəsaitlərin 3 milyard 528 milyon manatı milli valyutada olan əmanətlərdir və orta faiz dərəcəsi 4,8% təşkil edir. 4 milyard 133 milyon manat həcmində əmanətlər isə xarici valyutadadır və onun orta faiz dərəcəsi 1,4 faizdir.

8i

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər