22 C
Baku
Friday, July 4, 2025

Türkiyə 6 xarici banka birjada ticarət zamanı qısa mövqelərin açılmasını qadağan edib

İstanbul Birjası 6 xarici banka qısa mövqe açmağı qadağan edib.

TASS-ın verdiyi məlumata görə, bu barədə İstanbul Birjasının açıqlamasında deyilir.

İyulun 6-dan etibarən “Barclays”, “Credit Suisse” və “Merrill Lynch” kimi bankların İstanbul Birjasında qısamüddətli satışlara qadağa 3 ay, “Goldman Sachs”, “JP Morgan” və “Wood and Company”ə isə 1 ay müddətinə ediləcək.

Müvafiq qərar maliyyə əməliyyatlarının tənzimlənməsi sahəsində Türkiyə qanunlarının pozulması ilə əlaqədar qəbul edilib. Belə ki, iyulun 1-də bu banklar digər bazar iştirakçılarını İstanbul Birjasında ticarət zamanı qısa mövqelərin açılması barədə məlumat təqdim etməyiblər.

Qeyd edək ki, qısa mövqe – aktivin dəyərinin azalacağı gözlənilərək qiymətli kağızlar, əmtəə və ya valyutanın satışıdır.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər